“Bavariya”dan darmadağın - VİDEO

15-12-2021, 07:38           
“Bavariya”dan darmadağın - VİDEO
Bundesliqada XVI tura start verilib.

Turun açılış matçında lider “Bavariya” “Ştutqart”ın qonağı olub.

“Mercedes-Benz Arena”da keçirilən qarşılaşma Münhen təmsilçisinin 5:0 hesablı qələbəsi ilə başa çatıb.

Qonaqların heyətində qolları 40-cı, 53-cü və 74-cü dəqiqələrdə Serj Qnabri, 69-cu və 72-ci dəqiqələrdə isə Robert Levandovski vurub.

Qeyd edək ki, “Bavariya” 16 turdan sonra 40 xalla turnir cədvəlinin zirvəsində qərarlaşıb. 17 xalı olan “Ştutqart” isə 15-ci sırada yer alıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru