Bekhem övladları ilə ənənəvi Milad yarmarkasında - VİDEO
15-12-2021, 08:49
İngiltərə millisinin sabiq futbolçusu Devid Bekhem üç övladı - 19 yaşlı Romeo, 16 yaşlı Kruz və 10 yaşlı Harperlə birlikdə Londonun məşhur Hayd-parkını ziyarət edib.
Ziyarətin məqsədi Milad bayramı öncəsi Londonun mərkəzi hissəsində təşkil edilən “Qış möcüzələri ölkəsi” yarmarkasında iştirak olub.