Mahirin komandasından darmadağın

16-12-2021, 10:47           
Mahirin komandasından darmadağın
Millimizin üzvü Mahir Emrelinin çıxış etdiyi "Legiya" Polşa çempionatında növbəti oyununa çıxıb.

Qol.az xəbər verir ki, Varşava təmsilçisi 3-cü turdan təxirə salınmış matçda "Zaqlebie"ni qəbul edib. Görüş "Legiya"nın 4:0 hesablı qələbəsi ilə başa çatıb.

"Legiya" - "Zaqlebie" - 4:0

Qollar: Lopes, 26, 39, Pekhart, 49, Holovina, 53

Son turda Plotsk "Visla"sına məğlubiyyətdən (0:1) sonra azarkeş hücumu nəticəsində başından zədə alan Mahir Emrelinin adı matçın iştirak ərizəsinə salınmayıb.

Qeyd edək ki, bu qələbədən sonra xallarını 15-ə çatdıran "Legiya" sonuncu pillədən qurtulub. 3 pillə irəliləyən komanda 15-ci yerə yüksəlib. Paytaxt təmsilçisi son 11 görüşün 9-unda uduzub, 2-sində qalib gəlib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru