Millətlər Liqasında Azərbaycan yığmasının rəqibləri bəlli oldu

17-12-2021, 08:24           
Millətlər Liqasında Azərbaycan yığmasının rəqibləri bəlli oldu
Yarış AVRO-2024-ün pley-offuna vəsiqə də verəcək. Lakin bunun detalları çempionatın əsasnaməsi təsdiqləndikdən sonra bəlli olacaq.
Azərbaycan yığmasının Millətlər Liqasındakı rəqibləri bəlli olub.
Sputnik Azərbaycan apasport.az saytına istinadən bildirir ki, Canni de Byazinin yetirmələrinin rəqibləri İsveçrənin Nyon şəhərindəki püşkatmada müəyyənləşib.
Millimiz sayca üçüncü olacaq 2022/23 mövsümündə C liqasında mübarizə aparacaq. Püşkün nəticəsinə əsasən, yığmamız 3-cü qrupda yer alıb.
Komandamızın rəqibləri Slovakiya, Belarus və Qazaxıstan/Moldova cütünün qalibi olacaq. Liqa oyunlarına gələn ilin iyununda start veriləcək. Həmin vaxt 4 tur baş tutacaq. Digər iki tur sentyabrda təşkil olunacaq.
Millimiz qrup qalibi olsa, 2024/25 mövsümündə B liqasında oynamaq imkanı qazanacaq. Sonuncu yer isə D liqasına düşməmək uçun pley-offda mübarizə aparmaqla nəticələnəcək.
Qeyd edək ki, yarış AVRO-2024-ün pley-offuna vəsiqə də verəcək. Lakin bunun detalları çempionatın əsasnaməsi təsdiqləndikdən sonra bəlli olacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru