Mbappe: “Həyat təcrübəsi puldan daha vacibdir”

17-12-2021, 08:25           
Mbappe: “Həyat təcrübəsi puldan daha vacibdir”
PSJ-nin hücumçusu Kilian Mbappe qazandığı pula münasibətindən danışıb.

“Həyat təcrübəsi qazanılan puldan daha vacibdir, baxmayaraq ki, pul da vacibdir, çünki qayğısına qalmalı olduğumuz ailəmiz var. İlk növbədə kəşf etmək, səyahət etmək, başqa oyunçularla, fərqli mədəniyyətlərlə tanış olmaq istəyirəm”, - deyə 22 yaşlı futbolçu bildirib.

Fransa millisinin üzvü qeyd edib ki, karyerasına başlayanda artıq ulduz olmaq hissi ilə yaşamaq doğru olmazdı:

“Yaxşı ki, valideynlərim qazandığım məbləği mənə demədilər. Onlar haqlı idilər. Axı 14 yaşlı uşağın qiymətinin milyonlarla dollar dəyərində olduğunu bilməsindən sonra onu necə tərbiyə etmək olar?”.

Mənbə: “Paris Match












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru