UEFA iki Avropa çempionatı üçün namizəd seçiminə eyni vaxtda başlayacaq

17-12-2021, 12:15           
UEFA iki Avropa çempionatı üçün namizəd seçiminə eyni vaxtda başlayacaq
UEFA 2028 və 2032-ci il Avropa çempionatlarına təşkilatçılıq etmək istəyən ölkələr üçün ərizə qəbulunu paralel aparacaq.

"Report"un məlumatına görə, müvafiq qərar qitə futbol qurumunun İcraiyyə Komitəsinin video-konfrans formatında keçirilmiş iclasında qəbul olunub. Bununla əlaqədar tezliklə bütün 55 üzv ölkəyə, o cümlədən, AFFA-ya müraciət ünvanlanacaq.

Belə bir addım milli assosiasiyalar üçün uzunmüddətli futbol və maliyyə planlaşdırılmasının qüvvətləndirilməsinə yönəlib və tərəfdaşlarla təşkilatçılıq hüququ sahiblərinə daha dəqiq perspektivlər təklif edir.

Daha ətraflı informasiya yaxın vaxtlarda açıqlanacaq.

Qeyd edək ki, AVRO-2020 koronavirus pandemiyası ilə əlaqədar bu il ilk dəfə qitənin 11 şəhərində keçirilib. AVRO-2024 isə Almaniyada olacaq. Daha əvvəl Beynəlxalq Olimpiya Komitəsi də 2028-ci il Yay Olimpiya Oyunlarının Fransanın paytaxtı Parisdə və 2032-ci il olimpiadasının ABŞ-ın Los-Anceles şəhərində keçirilməsinə eyni vaxtda qərar verib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.