Həndbol üzrə İran millisinin üzvü İspaniyada yoxa çıxdı

18-12-2021, 00:07           
Həndbol üzrə İran millisinin üzvü İspaniyada yoxa çıxdı
İranlı həndbolçu Şaqaye Bapiri İspaniyada keçirilən dünya çempionatı zamanı müəmmalı şəkildə yoxa çıxıb.

Sport.tv2.dk xəbər verir ki, idmançı oteldən çıxaraq naməlum istiqamətdə yoxa çıxıb və əlaqəni kəsib. Daha sonra bu məlumatı Beynəlxalq Həndbol Federasiyası da təsdiqləyib.

Xatırladaq ki, bundan əvvəl Kamerun komandasının 4 təmsilçisi də yoxa çıxmışdı.

İran millisi turnirdə keçirdiyi bütün görüşlərdə məğlub olaraq sonuncu yeri tutub. Final görüşündə komanda çinli qadınlarla qarşılaşmalı idi, lakin onlar yarışdan çıxdılar, bununla əlaqədar onlara 0:10 hesablı texniki məğlubiyyət verildi.
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru