Rusiya əvəzinə SSRİ-nin himnini səsləndirdilər

18-12-2021, 12:02           
Rusiya əvəzinə SSRİ-nin himnini səsləndirdilər
Boks üzrə 79 kq çəki dərəcəsində rusiyalı Artur Beterbiyev və amerikalı Markus Braun arasında dünya çempionu titulu uğrunda baş tutan döyüşdən sonra maraqlı hal yaşanıb. AzVision.az xəbər verir ki, yarış təşkilatçıları kəmər sahibinin şərəfinə Rusiyanın deyil, SSRİ-nin himnini səsləndiriblər. Döyüş Kanadanın Monreal şəhərində keçirilib.

Qeyd edək ki, 31 yaşlı Braunun 24 qələbəsi (16-sı nokautla-red.) və bir məğlubiyyəti var. 36 yaşlı Beterbiyev isə 16 döyüşdə 16 qələbə qazanıb ki, bunların da hamısı nokautla yekunlaşıb.

Beterbiyev uğurlu həvəskar boks karyerası da keçirib. Dünya çempionu və ikiqat Avropa çempionu olub, həmçinin 300-dən çox döyüşdə qalib gəlib. O yalnız beş döyüşdə məğlub olub. 2012-ci il Olimpiadasından sonra Beterbiyev kanadalı promouter Yvon Mişel ilə müqavilə bağlayaraq Monreala köçüb. Bundan sonra peşəkar boksla məşğul olmağa başlayıb. 2015-ci ildə isə o amerikalı menecer El Haymon ilə müqavilə imzalayıb və ABŞ-da yarışlarda çıxış edir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.