Messi Fransa kuboku matçında PSJ-yə kömək edə bilməyəcək – SƏBƏB

19-12-2021, 19:26           
Messi Fransa kuboku matçında PSJ-yə kömək edə bilməyəcək – SƏBƏB
Argentinalı hücumçu Lionel Messi “Feni Olnua” ilə Fransa Kubokunun 1/32 finalında Paris Saint-Germain-ə kömək edə bilməyəcək.

Bizim.Media xəbər verir ki, Fransa klubunun məşqçilər korpusu argentinalıya istirahət vermək qərarına gəlib və Messini PSJ-nin bu görüş üçün ərizəsinə daxil etməyib.

Bu mövsüm 34 yaşlı futbolçu Fransa Liqa 1-də 10 matçda iştirak edib, 1 qol vurub və 4 məhsuldar ötürmə edib.

Fransa kubokunun 1/32 final mərhələsinin "Feni Olnua" - PSJ matçı sabah, dekabrın 20-də Valenciennesdəki "Stad du Hainaut"da keçiriləcək. Fransa kubokunun hazırkı qalibi Paris Sen-Jermendir. Paris klubu qazanılan kubokların sayına görə də liderdir. PSJ-nin 14 Fransa kuboku var.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru