“Mançester Siti” qələbə qazanıb, “Çelsi” heç-heçə edib

20-12-2021, 00:55           
“Mançester Siti” qələbə qazanıb, “Çelsi” heç-heçə edib
Dekabrın 19-da futbol üzrə İngiltərə Premyer Liqasının 18-ci turunun növbəti oyunları keçirilib.

AZƏRTAC xəbər verir ki, “Mançester Siti” səfərdə “Nyukasl Yunayted” komandasının qonağı olub. Görüş Mançester təmsilçisinin böyük hesablı qələbəsi ilə başa çatıb - 0:4. Pep Qvardiolanın yetirmələrinin heyətində Ruben Dias, Joao Kanselo, Riyad Mahrez və Rahim Sterlinq fərqləniblər.

Günün digər görüşü ötən tur liderliyini əldən verən “Çelsi” və “Volverhemton” komandaları arasında baş tutub. Gərgin keçən qarşılaşmada hesab açılmayıb. London təmsilçisi ardıcıl iki turdur qələbə qazana bilmir.

Gecənin ən maraqlı görüşü “Tottenhem” və “Liverpul” komandaları arasında baş tutacaq. Həmin görüş Bakı vaxtı ilə 20:30-da start götürəcək.

Qeyd edək ki, İngiltərə Premyer Liqasında XVIII turun 4 oyunu koronavirusa yoluxma hallarının artması səbəbindən təxirə salınıb.

"Sautgempton" - "Brentford", "Uotford" - "Kristal Pelas", "Vest Hem" - "Norviç" və "Everton" - "Lester" görüşləri planlaşdırılan vaxtda baş tutmayacaq.

Xatırladaq ki, daha əvvəl "Börnli" - "Uotford", "Tottenhem" - "Lester Siti" və "Mançester Yunayted" - "Brayton" matçları eyni səbəbə görə təxirə düşüb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.