Norveç millisi həndbol üzrə dünya çempionu olub

20-12-2021, 08:07           
Norveç millisi həndbol üzrə dünya çempionu olub
Norveç yığması qadın həndbolçular arasında dünya çempionatının qalibi olub. "Report"un məlumatına görə, İspaniyada təşkil olunmuş mundialın finalında skandinaviyalılar Fransanı 29:22 hesabı ilə məğlub edib.

Bununla da Norveç millisi dördqat dünya çempionu olub. Daha əvvəl analoji nailiyyət 1999, 2011 və 2015-ci illərdə qazanılıb.

Üçüncü yeri isə İspaniya üzərində 35:28 hesablı qələbə qazanan Danimarka yığması tutub.

Qeyd edək ki, Norveç millisi həm də 2 qat olimpiya və 8 qat Avropa çempionudur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru