Fransada Əlcəzair millisinin qələbəsini qeyd edən 55 nəfər saxlanılıb

20-12-2021, 09:23           
Fransada Əlcəzair millisinin qələbəsini qeyd edən 55 nəfər saxlanılıb
Futbol üzrə Ərəb Millətləri Kubokunun finalında Əlcəzair seçməsinin Tunis yığması üzərində qələbəsindən sonra Fransada minlərlə əlcəzairli küçələrə axışıb.

Axşam və gecə saatlarında keçirilən şənliklər polislə toqquşmalara və 55 nəfərin həbsinə səbəb olub. İnsidentlər zamanı 7 polis əməkdaşı yaralanıb.

Belə ki, hazırda Fransada COVID tədbirlərilə əlaqədar kütləvi yığıncaqların keçirilməsi ciddi şəkildə qadağan olunub.

Qeyd edək ki, Ərəb Millətləri Kuboku 2022-ci ildə keçiriləcək futbol üzrə dünya çempionatına hazırlıq turniri kimi noyabrın 30-dan dekabrın 18-dək Qətərdə keçirilib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.