FIFA yerli federasiyalarla mundialların iki ildən bir təşkilini müzakirə edəcək

20-12-2021, 10:52           
FIFA yerli federasiyalarla mundialların iki ildən bir təşkilini müzakirə edəcək
Bu gün FIFA 211 milli federasiyaların nümayəndələri ilə onlayn sammit keçirəcək.

"Report" "Sky Sports"a istinadən xəbər verir ki, ali futbol qurumunun prezidenti Canni İnfantino dünya çempionatının 2 ildən bir keçirilməsi ideyası ilə bağlı federasiyalardan dəstək almaq istəyir.

Toplantı iki gün davam edəcək. İnfantino ali futbol qurumu üçün əlavə gəlir mənbələri tapmaşa çalışır. Mundialların keçirildiyi illərdə FIFA-nın gəlirləri xeyli artır. Məsələn, DÇ-2018-ə görə həmin il 4,6 milyard ABŞ dolları qazanan təşkilat 2019-cu ildə 766 milyon dollar əldə edib.

Hazırda futbolçular ilin təxminən 50 gününü milli komandalarda keçirir. Bu isə o deməkdir ki, onlar vaxtının 80 faizində klubların düşərgəsində olur. FİFA islahatlar olacağı təqdirdə, bu bölgünü saxlamağa söz verib.

Qeyd edək k, daha əvvəl UEFA və CONMEBOL FIFA-nın ideyasına qarşı çıxıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.