UEFA "Tottenhem"ə texniki məğlubiyyət verdi

21-12-2021, 07:05           
UEFA "Tottenhem"ə texniki məğlubiyyət verdi
UEFA Konfrans Liqasının qrup mərhələsinin sonuncu turunda təxirə salınan "Tottenhem" - "Renn" oyunu ilə bağlı qərar verib.
Qol.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, kütləvi yoluxma səbəbindən oyuna çıxmayan "Tottenhem"ə texniki məğlubiyyət verilib.
UEFA-nın bu qərarından sonra G qrupunda birinci yeri 14 xalla "Renn" tutub. 10 xala malik Niderland "Vitess"i 2-ci olub. Hər iki komanda növbəti mərhələyə yüksəlib. "Tottenhem" (7 xal) və Sloveniya "Mura"sı (3 xal) isə sonrakı pillələri tutduqları üçün qrupda qalıblar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru