İngilis azarkeşlər Salahı ilin ən yaxşısı seçdi

21-12-2021, 08:18           
İngilis azarkeşlər Salahı ilin ən yaxşısı seçdi
İngiltərədə azarkeşlər tərəfindən təsis edilən “Fans’ Footballer of the Year” (“Azarkeşlər arasında ilin futbolçusu”) mükafatının sahibi bəlli olub.

İngiltərəli azarkeşlər hesab edirlər ki, Premyer Liqada 2021-ci ilin ən yaxşı oyunçusu Məhəmməd Salahdır.

“Liverpul”un misirli hücumçusu 140 mindən artıq azarkeşin iştirak etdiyi səsvermənin qalibi olub.

İkinci yeri “Vest Hem” klubunun yarımmüdafiəçisi Deklan Rays tutub.

“İlk üçlüy”ü “Mançester Yunaytedin” yarımmüdafiəçisi Brunu Fernandes qapayıb.

Kriştianu Ronaldu siyahıda 14-cü yerdə qərarlaşıb.

Mənbə: Sports.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru