Mahir Qurban Qurbanovla görüşdü - "Qarabağ"a qayıdır?

23-12-2021, 07:08           
Mahir Qurban Qurbanovla görüşdü -
"Legiya"da çıxış edən millimizin üzvü Mahir Emreli bu gün sabiq klubu "Qarabağ"ın bazasında olub.

Qol.az-ın əldə etdiyi məlumata görə, o, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanovla görüşüb. Görüşün detalları hazırda bilinmir.

"Legiya" fanatlarının Ekstraklasanın 18-ci turunda "Visla"ya 0:1 hesablı məğlubiyyətdən sonra komandanın futbolçularına hücumu nəticəsində başından xəsarət alan 24 yaşlı hücumçu Polşa təmsilçisindən ayrılmaqda israrlıdır. Onunla bəzi Avropa klublarının maraqlandığı barədə xəbərlər yayılıb.

İstisna olunmur ki, millimizin üzvü bundan sonra karyerasını bu mövsümün sonuna qədər icarə əsasında "Qarabağ"da davam etdirə bilər.

Qeyd edək ki, M.Emreli iyunda "Legiya" ilə 3 illik müqavilə imzalayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru