İngiltərədə oyundan öncə kütləvi dava: Bir neçə azarkeş xəsarət alıb

23-12-2021, 17:42           
İngiltərədə oyundan öncə kütləvi dava:
"Tottenhem"in evdə "Vest Hem"ə 2:1 hesabı ilə qalib gəldiyi İngiltərə Liqa Kubokunun 1/4 final matçından öncə azarkeşlər arasında kütləvi dava düşüb.

"Report"un "The Sun" nəşrinə istinadən məlumatına görə, hadisə matçın keçirildiyi "Tottenhem Hotspur" stadionunun yaxınlığında baş verib.

İnsidentə yerli fanatların qonaq komandanın tərəfdarlarına hücum çəkməsi səbəb olub. Davada iştirak edən azarkeşlərin bəziləri ciddi xəsarət alıblar. Bir nəfərin huşunu itirdiyi bildirilib. Zərərçəkənlərə həkimlər yerindəcə köməklik göstəriblər.

Fanatları dəyənəklərlə silahlanmış polislər ayırıb. Münaqişənin təkrarlanmaması üçün hüquq-mühafizə orqanlarının əməkdaşları "Vest Hem" azarkeşlərini tribunalara qədər müşayiət etməli olublar.

Müvafiq orqanlar hadisə ilə bağlı araşdırmalara başlayıb.

Qeyd edək ki, qələbə sayəsində yarımfinala adlayan "Tottenhem" bu raundda "Çelsi" ilə qarşılaşacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru