Pele xəstəxanadan evə buraxılıb

24-12-2021, 11:34           
Pele xəstəxanadan evə buraxılıb
Əfsanəvi braziliyalı futbolçu Pele xəstəxanadan evə buraxılıb.

"Report" "Reuters"a istinadən xəbər verir ki, 81 yaşlı sabiq hücumçu müalicəsini evində davam etdirəcək.

Onun vəziyyətinin stabil olduğu bildirilib.

Qeyd edək ki, Pele daha əvvəl avqustun 30-da xəstəxanaya yerləşdirilib. Keçmiş forvard sentyabrın 6-da yoğun bağırsağındakı şişlə əlaqədar əməliyyat edilib. O, sentyabrın 14-də xəstəxananın intensiv terapiya şöbəsindən palataya köçürülüb. Futbol kralı sonuncu dəfə dekabrın 8-də San-Pauludakı özəl klinikalardan birinə çatdırılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru