Ronaldonun qiyməti kəskin azaldı

25-12-2021, 00:02           
Ronaldonun qiyməti kəskin azaldı
Transfermarkt portalı İngiltərə Premyer Liqasındakı oyunçuların bazar dəyərini yeniləyib.

Dəyişiklik İngiltərə "Mançester Yunayted"inin futbolçusu Kriştiano Ronaldoya da təsir edib. Portuqaliyalı hücumçunun qiyməti 45 milyon avrodan 35 milyon avroya enib.

36 yaşlı forvard "qırmızı şeytanlar"a 2021-ci ilin avqustunda İtaliya "Yuventus"undan 15 milyon avroya keçib. Bu mövsüm Ronaldu Premyer Liqadakı 13 oyunda 7 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Onun aktivində Çempionlar Liqasının qrup mərhələsində 6 qol da var.

Qeyd edək ki, Kriştiano Ronaldo maksimal bazar dəyərinə 2023-cü ildə çatıb. Həmin vaxt İspaniya "Real Madrid"ində olan təcrübəli hücumçunun qiyməti 120 milyon avroya çatıb. Onun "Mançester Yunayted"lə hazırkı müqaviləsi 2023-cü ilədəkdir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru