Stiven Cerrard koronavirusa yoluxdu 26-12-2021, 08:28 İngiltərənin "Aston Villa" futbol komandasının baş məşqçisi Stiven Cerrardın koronavirus testi müsbət nəticə verib.Redaktor.az klubun saytına istinadla xəbər verir ki, 41 yaşlı mütəxəssis "Çelsi" və "Lids"lə Premyer Liqa qarşılaşmalarında iştirak edə bilməyəcək.Oyunlar dekabrın 26-da və 28-də olacaq.Qeyd edək ki, "Aston Villa" 17 oyundan 22 xalla 10-cu yerdə gedir. Facebook-da paylaş