Oyun zamanı infarkt keçirən əlcəzairli futbolçu öldü

26-12-2021, 10:04           
Oyun zamanı infarkt keçirən əlcəzairli futbolçu öldü
Əlcəzairli futbolçu Sofn Lukar ölkə çempionatının ikinci divizionunda keçirilən oyun zamanı keçirdiyi infarktdan sonra xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Publika.az TASS-a istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Peşəkar Futbolçular Assosiasiyaları Federasiyasının (FIFPRO) mətbuat xidməti məlumat yayıb.
“Oran” - “Saida” matçının birinci hissəsinin ortalarında 28 yaşlı Lukar komandasının qapıçısı (Saida - Red) ilə toqquşub. Futbolçuya tibbi yardım göstərildikdən sonra o yenidən meydana qayıdıb.

On dəqiqə sonra futbolçu infarkt keçirərək qazona yıxılıb. Lukar xəstəxanaya çatdırılsa da, yolda dünyasını dəyişib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru