Zabit Səmədovun nokauta saldığı idmançı koronavirusdan ölüb

26-12-2021, 12:30           
Zabit Səmədovun nokauta saldığı idmançı koronavirusdan ölüb
Belçika kikboksçusu Frederik Sinistra koronavirusdan vəfat edib.

"Report"un "Haber Global"a istinadən məlumatına görə, ölkənin ən güclü insanı hesab olunan 40 yaşlı idmançı müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

O, bir müddət öncə koronavirusu ciddiyə almadığını və bu səbəbdən peyvənd olunmaqdan imtina etdiyini bildirib. Sinistra yaşının və fiziki durumunun onu hər hansı bir koronavirus simptomundan qoruyacağını iddia edirdi.

Qeyd edək ki, Frederik Sinistra 2017-ci ildə Türkiyədə Azərbaycanın məşhur kikboksçusu Zabit Səmədovla döyüş keçirib və 2-ci raundda nokauta düşərək uduzub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru