ABŞ idmançısı partlayış nəticəsində həlak olub

27-12-2021, 00:04           
ABŞ idmançısı partlayış nəticəsində həlak olub
Qarışıq döyüş növləri (MMA) üzrə ABŞ idmançısı Cessi Henri bədbəxt hadisənin qurbanı olub.

Cebhe.info xəbər verir ki, 28 yaşlı döyüşçü yanğınsöndürən maşının təkərinin partlaması nəticəsində dünyasını dəyişib.

Hadisə zamanı ağır kəllə-beyin travması alan Henri xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. O, aldığı xəsarətlərdən xəstəxanada vəfat edib.

Qeyd edək ki, bu ilin noyabrında peşəkar döyüşdə debüt edən Cessi Henri 2 qələbə və 2 məğlubiyyətlə yadda qalıb. O, həm də yanğınsöndürən işləyirdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru