"Barselona" futbolçularına yeni il hədiyyəsi ala bilmədi

27-12-2021, 08:02           
"Barselona" futbolçularına yeni il hədiyyəsi ala bilmədi
“Barselona” bu il futbolçularına Milad hədiyyəsi almayıb.

Redaktor.az xəbər verir ki, buna səbəb Kataloniya təmsilçisinin maliyyə problemlərinin olmasıdır. Əvvəllər klub Milad bayramında oyunçuları mükafatlandırıb. Lakin bu dəfə "Barselona" futbolçularını sevindirə bilməyib. Belə bir qərarı isə klub prezidenti Joan Laporta verib.

Qeyd edək ki, “Barselona” La Liqanın ilk 18 matçında 28 xal toplayıb və turnir cədvəlinin 7-ci pilləsindədir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.