Radukanu Britaniya İmperiyası Ordeninin ən gənc cəngavəri olacaq

27-12-2021, 09:03           
Radukanu Britaniya İmperiyası Ordeninin ən gənc cəngavəri olacaq
Tennis üzrə ABŞ açıq çempionatının qalibi olmuş Emma Radukanu Britaniya İmperiyası Ordeni cəngavəri fəxri titulu ilə təltif ediləcək.

Bu barədə yerli mətbuat məlumat yayıb.

Məlumata görə, kraliça II Yelizavetanın Yeni il şərəfinə Radukanaya mükafatı təqdim edəcəyi gözlənilir.

Bununla da, 19 yaşında Radukanu orden tarixində ən gənc cəngavər olacaq.

Qeyd edək ki, bu yaxınlarda BBC tennisçini Britaniyada ilin idmançısı elan edib.

Mənbə: Sports.ru












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.