Ançelotti onu istəmir

27-12-2021, 19:25           
Ançelotti onu istəmir
"Real" qış transfer pəncərəsində komandasının yarımmüdafiəçisi İsko ilə yolları ayırmaq istəyir.

Qol.az "ABC" nəşrinə istinadən xəbər verir ki, Madrid təmsilçisinin baş məşqçisi Karlo Ançelotti 29 yaşlı oyunçunu heyətdə görməyi düşünmür. Klub İskonu pulsuz buraxmağa hazırdır, lakin hazırda onun üçün heç bir təklif göndərilməyib.

29 yaşlı yarımmüdafiəçinin də "Real"dan ayrılmağa tələsmədiyi vurğulanıb. Çünki İsko hazırda ona "Real"dakı kimi ildə 6,5 milyon avro maaş verəcəyi klubun olmadığını düşünür.

Qeyd edək ki, ispan oyunçunun Madrid təmsilçisi ilə müqaviləsi 2022-ci ilin yayına qədər qüvvədədir. Bu mövsüm o, klubun heyətində 7 oyun keçirib və 1 qol vurub












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru