“Qalatasaray”ın gənc ulduzu nəhənglərin radarında: “Cimbom” minimum 15 milyon tələb edir

28-12-2021, 00:02           
“Qalatasaray”ın gənc ulduzu nəhənglərin radarında: “Cimbom” minimum 15 milyon tələb edir
“Qalatasaray”ın gənc ulduzu Kerem Aktürkoğlu Avropa nəhənglərinin radarına düşüb.

Futbolçuyla İspaniyanın “Barselona”, “Atletiko”, Almaniyanın “Bayern” klubları ilə yanaşı İtaliyanın “Roma” klubu da maraqlanır. “Roma”nın yaxın vaxtlarda İstanbul təmsilçisinə rəsmi təklif göndərəcəyi bildirilir.

“Qalatasaray” isə qış transfer pəncərəsində transferlərə vəsait cəlb etmək üçün ulduz futbolçularının satılmasında maraqlıdır. Belə ki, baş məşqçi Fatih Terimin yüksək məbləğ təklif olunan Markao və Kerem Aktürkoğludan yalnız birinin satılmasına icazə verib.

Kerem Aktürkoğlu üçün “Qalatasaray”ın minimum 15 milyon avrodan başlayan təkliflərə baxa biləcəyi vurğulanır.

Mənbə: SporX












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru