"Neftçi" millinin futbolçusunu transfer etdi - FOTO

30-12-2021, 00:01           
"Neftçi" millinin futbolçusunu transfer etdi - FOTO
“Neftçi” qış fasiləsi dönəmində ilk transferini həyata keçirib.

Bizim.Media klubun rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan milli komandasının futbolçusu Azər Salahlı bundan sonra "Neftçi"də top qovacaq. Onunla 2,5 illik müqavilə imzalanıb.

O, paytaxt təmsilçisinin heyətində 19 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, son klubu “Keşlə” olan Azər Salahlı “Qarabağ” (2015-2017) və “Sumqayıt” (2016-2018) komandalarında da çıxış edib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.