İtkin düşmüş MMA döyüşçüsünün meyitinin qalıqları tapılıb

30-12-2021, 07:31           
İtkin düşmüş MMA döyüşçüsünün meyitinin qalıqları tapılıb
ABŞ-da 2 ilə yaxındır itkin düşmüş MMA döyüşçüsü Devid Keniqin cəsədi Missuri ştatındakı meşədən tapılıb.

"Report" "USA Today" nəşrinə istinadən xəbər verir ki, idmançının meyitinin qalıqlarını maral buynuzu axtarmaq üçün həmin əraziyə gedən vətəndaşlardan biri aşkarlayıb.

Hadisə yerinə baxış keçirən polislər oradakı şəxsi əşyalara əsasən, cəsədin 25 yaşlı döyüşçüyə aid olduğunu müəyyənləşdiriblər. Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, meyitin üzərində zorakılıq əlamətlərinə rast gəlinməyib.

Qeyd edək ki, Devid Keniq 2020-ci ilin martında itkin düşmüşdü.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru