Dünya çempionatı: Şəhriyar Məmmədyarov Karlsenə qalib gəlib

30-12-2021, 07:18           
Dünya çempionatı: Şəhriyar Məmmədyarov Karlsenə qalib gəlib
Polşanın paytaxtı Varşavada şahmatın blits növü üzrə dünya çempionatına start verilib.

"Report"un məlumatına görə, yarışda Azərbaycanı ümumilikdə 12 qrossmeyster təmsil edir.

Kişilərin mübarizəsində Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Vasif Durarbəyli, Vüqar Əsədli, Məhəmməd Muradlı, Aydın Süleymanlı və Xəzər Babazadə qüvvəsini sınayır.

Məmmədyarov IX turda norveçli dünya çempionu Maqnus Karlsenlə qarşılaşıb. Ağ fiqurlarla oynayan 36 yaşlı qrossmeyster 36-cı gedişdə rəqibini məğlub edib.

Qadınlardan isə dünya çempionatında Zeynəb Məmmədyarova, Xanım Balacayeva, Gövhər Beydullayeva, Gülnar Məmmədova və Türkan Məmmədyarova mübarizə aparır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.