Millimizin sabiq futbolçusunun oğlu Gürcüstanda ilin ən yaxşısı seçildi

30-12-2021, 08:45           
Millimizin sabiq futbolçusunun oğlu Gürcüstanda ilin ən yaxşısı seçildi
“Rubin”in yarımmüdafiəçisi Xviç Kvaratsxeliya 2021-ci ildə Gürcüstanın ən yaxşı futbolçusu seçilib.

20 yaşlı yarımmüdafiəçi ardıcıl ikinci dəfə bu ada layiq görülüb.

Bu mövsüm Kvaratsxeliya Rusiya Premyer Liqasında “Rubin”in heyətində 15 oyun keçirib və 1 qol vurub. O, millinin heyətində yeddi oyuna çıxıb və dörd dəfə fərqlənib.

Xatırladaq ki, Xviça Kvaratsxeliyaya “Şəmkir” klubunun heyətində göstərdiyi oyun ilə Azərbaycan azarkeşlərinin sevimlisinə çevrilmiş Badri Kvaratsxeliyanın oğludur.

Ata Kvaratsxeliya futbol üzrə Azərbaycan millisində də çıxış edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru