Qvardiola İngiltərə Premyer Liqasında şəxsi rekordunu yeniləyib

30-12-2021, 11:02           
Qvardiola İngiltərə Premyer Liqasında şəxsi rekordunu yeniləyib
"Mançester Siti"nin səfərdə "Brentford"u minimal hesabla məğlub etdiyi İngiltərə Premyer Liqasının XX tur matçı "şəhərlilər"in baş məşqçisi Xosep Qvardiola üçün əlamətdar olub.

"Report" xəbər verir ki, Mançester təmsilçisi ispaniyalı mütəxəssisin rəhbərliyi altında 4-cü dəfə ardıcıl 10 oyunluq qələbə seriyasına imza atıb.

Qvardiola ölkə çempionatında hələlik bu göstəriciyə çatan yeganə baş məşqçi kimi öz rekordunu yeniləyib. Premyer Liqada heç bir mütəxəssis 2 dəfədən artıq bu uğura nail ola bilməyib.

Qeyd edək ki, "Brentford" - "Mançester Siti" görüşü qonaqların 1:0 hesablı qalibiyyəti ilə başa çatıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru