Çində milli komandanın futbolçularına qeyri-adi QADAĞA

31-12-2021, 00:06           
Çində milli komandanın futbolçularına qeyri-adi QADAĞA
Çində milli komandanın futbolçularına döymə vurmaq qadağan edilib.
"Sherg.az" xəbər verir ki, Çin milli komandasında oynayan oyunçulara, o cümlədən yeniyetmə yaş kateqoriyasının futbolçularına cəmiyyətə yaxşı nümunə olmaq üçün döymə vurdurmaq qadağandır.
Çin rəsmi idarələrindən verilən məlumata görə, futbolçular qadağaya əməl etməzsələr, Çin Futbol Federasiyası tərəfindən cəzalandırılacaqlar.
Qeyd edək ki, 2018-ci ildən etibarən Çin hökuməti məşhur insanların tatularını internetdə və televiziyada görsənməməsi üçün addımlar atır. Tədbirlər çərçivəsində milli komanda oyunçusu Zhang Linpeng başda olmaqla bir çox peşəkar futbolçu qollarını sarıyaraq və ya uzunqol forma geyinərək döymələrini gizlədirlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru