Mourinyo yeni ildən stadionlara buraxılmayacaq

31-12-2021, 19:07           
Mourinyo yeni ildən stadionlara buraxılmayacaq
İtaliya hökuməti 2022-ci ilin yanvarından başlayaraq idman və digər mədəni-kütləvi tədbirlərə yalnız "yaşıl" anti-kovid sertifikatı olan şəxsləri buraxacaq.

Bu sertifikatı almaq üçün ya tam vaksinasiyadan keçməli, ya da COVİD-19 xəstəliyindən sağalmalısan (bu, həmin şəxsi 105 gün vaksinasiyadan azad edir).

Bizim.Media İtaliya mətbuatına istinadən xəbər verir ki, yeni qayda "Roma"nın baş məşqçisi Joze Mourinyoya problem yaradacaq. Portuqaliyalı mütəxəssis nə peyvənd olunub, nə də koronavirusa yoluxub.

Bu səbəbdən onun stadiona girişinə qadağa qoyulacaq.

Hazırda "Roma"nın hüquqşünasları Mourinyoya güzəşt olunması üçün iş aparırlar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru