Moratanın “Barselona”ya keçidi gerçəkləşir – Xavinin gözləntiləri

1-01-2022, 15:57           
Moratanın “Barselona”ya keçidi gerçəkləşir –
“Barselona”nın baş məşqçisi Xavi “Yuventus”un hücumçusu Alvaro Morata ilə müzakirə aparıb.

Teref.az yazır ki, Sozcu.az “AS” nəşrinə istinadən xəbər verir ki, müzakirədə futbolçunun Kataloniya klubuna mümkün keçidi müzakirə olunub. Müqavilə ilə “Atletiko”ya (Madrid) məxsus olan Morata “Yuventus”dan ayrılmaq niyyətindədir.

Xavi ilə danışıqlar zamanı baş məşqçi futbolçudan gözləntilərini açıqlayıb. Məşqçi Moratanın oyun tərzini bəyəndiyini deyib. O, futbolçunun meydandakı topsuz davranışlarını, bunun nəticəsində rəqib müdafiəçiləri yerlərini dəyişməyə məcbur etməsini xüsusi qeyd edib. Həmçinin Xavi Moratanın pressinq zamanı fəallığını da qiymətləndirir.

“Barselona”nın baş məşqçisi Moratanın Luis Enrikenin rəhbərliyi ilə İspaniya millisindəki oyununu komandasında da sərgiləməsini istəyir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru