Norveçli futbolçunu İngiltərədə qarət etdilər

4-01-2022, 08:57           
Norveçli futbolçunu İngiltərədə qarət etdilər
Norveç millisinin yarımmüdafiəçisi, İngiltərənin “Norviç” klubunun futbolçusu Matias Norman Londonda qarət edilib.

İdmançı bu barədə “Instagram”da danışıb.

Naməlum şəxslər norveçli futbolçunun avtomobili qarət ediblər. Norman arxa şüşəsi sınmış avtomobilin fotosunu yerləşdirərək cinayətkarların içində sənədlər olan bütün çantaları oğurladığını bildirib.

25 yaşlı Norman 2021-ci ilin avqustunda İngiltərə klubuna icarəyə verilib. Eyni zamanda, futbolçunun hüquqları 2021/2022 mövsümündə dörd görüş keçirdiyi Rusiyanın “Rostov” klubuna məxsusdur. Transferdən sonra futbolçu İngiltərə Premyer Liqasında “Norviç”in heyətində 9 oyun keçirib və bir qol vurub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru