Portuqaliya çempionatı: Dadaşov ötürmə verdi, komandası qalib oldu

4-01-2022, 12:08           
Portuqaliya çempionatı:
Millimizin hücumçusu Renat Dadaşov “Tondela” Portuqaliya çempionatında 13-cü turun təxirə salınmış oyununa çıxıb.

Yenisabah.az xəbər verir ki, komanda "Moreyrense"ni qəbul edib və 2:1 hesabı ilə qalib gəlib. Renat sözügedən görüşə ehtiyat oyunçular skamyasında başlayıb və 84-cü dəqiqədə meydana buraxılıb. O, 90+11-də komandasının qələbə qolunun ötürməsini verib.

“Tondela” 16 turdan sonra 15 xalla 18 komanda arasında 13-cü pillədə qərarlaşıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru