18 milyona Premyer Liqaya qayıdır

4-01-2022, 12:43           
18 milyona Premyer Liqaya qayıdır
"Atletiko"nun futbolçusu Kiran Trippyerin "Nyukasl"a keçidi yaxın günlərdə rəsmiləşəcək.

Sonxeber.az-ın Apasport-a istinadən məlumatına görə, klublar arasında danışıqlar yekunlaşmağa yaxındır.

"Mançester Siti", "Barnsli", "Bernli" və "Tottenhem"də oynamış 31 yaşlı ingiltərəli müdafiəçi karyerasını vətənində davam etdirmək istəyir. 2019-cu ilin yayında "Tottenhem"dən "Atletiko"ya 22 milyon avroya keçən Kiranın müqaviləsi 2023-cü ildə başa çatacaq.

Lakin madridlilər onu 18 milyona buraxmağa hazırdır. Cari mövsümdə La Liqada 17 matç keçirən futbolçu 3 ildən sonra yenidən Premyer Liqada çıxış edə biləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru