“Lion” liderlərindən biri PSJ-nin hədəfində

7-01-2022, 10:04           
“Lion” liderlərindən biri PSJ-nin hədəfində
Fransanın “Lion” fotbol klubunun yarımmüdafiəçisi Lukas Paketa karyerasını PSJ-də davam etdirə bilər.

PSJ-nin idman direktoru Leonardo hesab edir ki, “Lion”dan olan braziliyalı parislilərin orta xəttini gücləndirmək üçün ideal variantdır.

Paketanın transfer razılaşması gələn ilin yayında baş tuta bilər.

Daha əvvəl bildirilmişdi ki, “Nyukasl” Paketa üçün “Lion”a 40 milyon avro təklif edib.

Bu mövsüm Paketa “Lyon”un tərkibində 22 matçda 7 qol və 4 məhsuldar ötürmə edib. 2020-ci ilin payızında “Milan”dan 20 milyon avroya alınıb və hazırda onun dəyəri 35 milyon avro olaraq qiymətləndirilir.

Mənbə: Championat.com












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru