“Qarabağ” gürcüstanlı qapıçı ilə müqavilə bağlayıb

7-01-2022, 18:44           
“Qarabağ” gürcüstanlı qapıçı ilə müqavilə bağlayıb
"Yagelloniya"nın qapıçısı Luka Quqeşaşvili "Qarabağ"a keçib.

Teref.Az APA-ya istinadən bildirir ki, bu barədə Gürcürstanın "goal.ge" saytı məlumat yayıb.

Bildirilib ki, 23 yaşlı qolkiperin Ağdam təmsilçisinə keçidi dəqiqləşib. Polşa klubunu tərk edən Gürcüstan millisinin üzvü "Qarabağ"la 3 illik müqavilə imzalayıb. Azərbaycan klubunun transfer üçün polşalılara nə qədər ödədiyi açıqlanmayıb.

Qeyd edək ki, Luka Quqeşaşvili son iki ili icarə əsasında ölkəsinin "Dila" klubunda keçirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru