Stend atıcılığı üzrə dünya çempionu güllədən ölüb

8-01-2022, 12:26           
Stend atıcılığı üzrə dünya çempionu güllədən ölüb
Stend atıcılığı üzrə italiyalı dünya çempionu Kristian Gilli bədbəxt hadisə nəticəsində ölüb.

"Report"un "La Gazzetta dello Sport"a istinadən məlumatına görə, faciəvi olay ov vaxtı baş verib. Dostları ilə ovda olduğu zaman Gilli yerə tökülən patronları götürmək üçün əyilib. Bu zaman onun əlindəki tapançadan atəş açılıb. Güllə gənc idmançının qarnına tuş gəlib və həyatına son qoyub.

Gilli 2021-ci ildə gənclər arasında dünya çempionu olub.

Qeyd edək ki, atıcılıq növləri müasir olimpiya hərəkatı yarandığı vaxt - 1896-cı ildə Yay Olimpiya Oyunlarının proqramına salınıb. 1904 və 1928-ci il istisna olmaqla, bütün olimpiadalarda yer alıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru