İlin ən yaxşı kişi və qadın futbolçuları - qısa siyahı

9-01-2022, 08:02           
İlin ən yaxşı kişi və qadın futbolçuları - qısa siyahı
İlin ən yaxşı kişi və qadın futbolçuları mükafatlarını yanvarın 17-də alacaqlar.
FIFA 2021-ci ilin ən yaxşı kişi və qadın futbolçuları adına namizədlərin qısa siyahısını açıqlayıb.
Teref.az AZƏRTAC-a istinadən xəbər verir ki, kişilər arasında bu ada Fransanın PSJ klubundan Lionel Messi, Almaniyanın "Bavariya" komandasından Robert Levandovski və İngiltərə "Liverpul"undan Məhəmməd Salah iddia edirlər.
2021-ci ilin ən yaxşı qadın futbolçusu adına namizədlər arasında Cennifer Ermoso (İspaniya / "Barselona"), Samanta Kerr (Avstraliya / "Çelsi") və Aleksiya Putelyas (İspaniya / "Barselona") yer alıblar.
Xatırladaq ki, ötən ilin 22 noyabr – 10 dekabr aralığında aparılan səsvermənin yekununda Ən yaxşı oyunçu, Ən yaxşı baş məşqçi, Ən yaxşı qapıçı, Feyr Pley, Ən yaxşı qol üçün Puşkaş mükafatı, azarkeşlər üçün mükafatın sahibləri və İlin rəmzi komandası müəyyənləşib.
Qeyd edək ki, "The Best" mükafatı yanvarın 17-də təqdim ediləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru