Şevçenko son 12 gündə ikinci dəfə koronavirusa yoluxub

10-01-2022, 07:39           
Şevçenko son 12 gündə ikinci dəfə koronavirusa yoluxub
İtaliyanın "Cenoa" klubunun baş məşqçisi Andrey Şevçenko son 12 gündə ikinci dəfə koronavirusa yoluxub. "Report"un məlumatına görə, bu dəfə ukraynalı mütəxəssisin COVID-19 testi hazırda "Spetsiya" ilə davam edən A Seriyasının XXI tur oyunu ərəfəsində müsbət çıxıb.

Nəticədə Şevçenko qarşılaşmada iştirak edə bilməyib. Onun yoxluğunda "Cenoa"ya texniki zonadan təlimatları köməkçisi Mauro Tassotti verir.

46 yaşlı baş məşqçi ilk dəfə dekabrın 28-də "Sassuolo" ilə 1:1 hesablı heç-heçə etdikləri XX tur matçından əvvəl infeksiyaya yoluxub və təcrid olunub.

Qeyd edək ki, 20 oyundan sonra "Cenoa" 12 xalla 19-cu yerdə gedir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru