Avstraliya məhkəməsi Cokoviçlə bağlı qərar verdi

10-01-2022, 15:07           
Avstraliya məhkəməsi Cokoviçlə bağlı qərar verdi
Avstraliya məhkəməsi tennis dünyasının "1 nömrə"si olan Novak Cokoviçlə bağlı qərar verib.

Qaynarinfo xəbər verir ki, idmançının "Australian Open"dən əvvəl peyvənd olunmadığı üçün ölkəsinə deportasiyası ləğv edilib və onun azadlığa buraxılmasına qərar verilib.

Cokoviç mövsümün ilk "Böyük Dəbilqə” turniri olan "Australian Open”də iştirak etmək üçün Melburna gedib və gözlənilməz hadisə ilə üzləşib. İdmançının peyvənd olmadığı üçün giriş vizası ləğv edilib, daha sonra immiqrantların saxlandığı otelə yerləşdirilib.

Novak Cokoviçin vəkilləri vizanın ləğvi ilə bağlı apellyasiya şikayəti ilə bağlı yekun qərarını verib. Cokoviçin deportasiyası ləğv olunub və tennis ulduzunun azadlığa buraxılmasına qərar verilib. Cokoviç istəsə, Avstraliyada qalıb "Australian Open"də iştirak edə biləcək.

Vəkillərin məhkəməyə təqdim etdikləri sənəddə serbiyalı tenisçiyə Avstraliya Tennis Federasiyasının Baş Tibb Mütəxəssisindən ona Covid-19 peyvəndi ilə bağlı tibbi möhlət verildiyini bildirən məktub aldığı yazılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru