Türkiyə futbolunda belə şey olmamışdı

11-01-2022, 12:19           
Türkiyə futbolunda belə şey olmamışdı
Türkiyə futbolu tarixində bir ilk yaşanıb.

Qol.az “Haberturk”ı istinadən xəbər verir ki, bu, “Qalatasaray”ın baş məşqçisi Fatih Terimin istefaya göndərilməsindən sonra baş verib.

Bununla Türkiyənin 3-cü böyük klubu baş məşqçisiz qalıb. “Qalatasaray”dan əvvəl daha 2 böyük klub – “Fənərbaxça” və “Beşiktaş” da baş məşqçiləri Vitor Pereyra və Sergen Yalçınla yolları ayırmışdı. Onların yerinə daimi baş məşqçi təyinat olmayıb.

Xatırladaq ki, “Trabzonspor”un 49 xalla lider olduğu indiki mövsümdə “Fənərbaxça” 32 xalla 4-cü, “Beşiktaş” 29 xalla 9-cu, “Qalatasaray” 27 xalla 12-ci yeri tutur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru