Afrika Millətlər Kubokunda növbəti kuryoz hadisə baş verib

13-01-2022, 08:43           
Afrika Millətlər Kubokunda növbəti kuryoz hadisə baş verib
Futbol üzrə Afrika Millətlər Kubokunda növbəti kuryoz hadisə baş verib.

Cebhe.info xəbər verir ki, təşkilatçılar Mavritaniya və Qambiya yığmaları arasında F qrupunun I tur oyunundan öncə kobud səhv ediblər. Onlar Mavritaniya dövlət himninin əvəzinə başqa musiqi səsləndiriblər.

Lazımi melodiyanı tapmaq üçün bir neçə dəfə cəhd edilsə də, hamısında oxşar hadisə təkrarlanıb. Nəticədə futbolçular himni musiqi müşayiəti olmadan ifa ediblər.

Qeyd edək ki, Tunis və Mali milli komandaları arasında F qrupunun ilk oyununda da insident yaşanıb. Baş hakim görüşü iki dəfə vaxtından əvvəl bitirib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.