Afrika Millətlər Kuboku: Referi matçı 2 dəfə vaxtından əvvəl bitirib

13-01-2022, 08:13           
Afrika Millətlər Kuboku: Referi matçı 2 dəfə vaxtından əvvəl bitirib
Futbol üzrə Afrika Millətlər Kubokunda Tunis və Mali yığmaları arasında keçirilmiş F qrupunun I tur matçında qeyri-adi hadisə baş verib.

Cebhe.info xəbər verir ki, görüşün baş hakimi Canni Sikazve iki dəfə qarşılaşmanı vaxtından əvvəl bitirib.

Əvvəlcə 85-ci dəqiqədə final fitini səsləndirən zambiyalı FIFA referisi futbolçuların etirazından sonra oyunu bərpa edib. Lakin baş hakim bu dəfə də 89-cu dəqiqədə matçın başa çatdığını elan edib.

Referinin ardıcıl kobud səhvlərindən sonra məsələyə qarışan Afrika Futbol Konfederasiyasının (CAF) nümayəndələri əlavə dəqiqələrin oynanılacağını açıqlayıb. Amma öncə Mali, ardınca isə Tunis millisinin futbolçuları meydana çıxmaqdan imtina ediblər.

Nəticədə görüş Mali seçməsinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qolu 48-ci dəqiqədə İbrahima Kone vurub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru