İtaliya Super Kuboku: “İnter” çempion oldu - VİDEO

13-01-2022, 10:08           
İtaliya Super Kuboku: “İnter” çempion oldu - VİDEO
İtaliya Super Kubokunun finalı Milan şəhərində keçirilib.

Yerli “İnter” “Yuventus”u qəbul edib. Oyunun əsas vaxtı 1:1 hesabla yekunlaşıb. Əlavə olunmuş 30 dəqiqədə "İnter" qalib gəlib. Sançes 120-ci dəqiqədə komandasının qələbə topunu vurub 2:1.

Qeyd edək ki, ötən mövsüm “İnter” A Seriyasını, “Qoca sinyora” isə ölkə kubokunu qazanıb.

Bunadək “İnter” öz tarixi ərzində 5, “Yuve” isə 9 dəfə İtaliya Super Kubokuna yiyələnib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.