Qurban Qurbanovdan transfer açıqlaması

15-01-2022, 08:47           
Qurban Qurbanovdan transfer açıqlaması
"Qarabağ" klubunun qış transfer pəncərəsində heyətinə daha bir futbolçu cəlb edəcəyi gözlənilir.

Teref.az xəbər verir ki, bu haqda açıqlamasında Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov məlumat verib.

O, bu gün Antalyada "Qaz Metan"a (Rumıniya) qarşı yoxlama görüşündən (0:0) sonra saytımıza bildirib ki, hücum xəttini bir legionerlə gücləndirilmək istəyirlər:

"Əgər alınsa, bu qış bu transferi gerçəkləşdirmək istəyirik. Əks təqdirdə, həmin xəttə transferi yayda reallaşdıracağıq".

Xatırladaq ki, "Qarabağ" bu qış Rüstəm Əhmədzadə, Luka Quqeşaşvili və Leandro Andradeni transfer edib.

Mənbə: qol.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru