"Qalatasaray" ərəblərin "əlinə keçir" - İDDİA

15-01-2022, 08:53           
"Qalatasaray" ərəblərin "əlinə keçir" - İDDİA
"Qalatasaray" klubuyla bağlı yeni iddia ortaya çıxıb.

Teref.az Türkiyə mediasına istinadən xəbər verir ki, İstanbul təmsilçisi yayda sahibi qətərli iş adamı olan "City Group Football" şirkətinə satıla bilər. Belə ki, sözügedən kompaniya "cim-bom"u himayəsinə almaq və Avropada nüfuzunu daha da artırmaq istəyir.

Məlumata görə, "Qalatasaray"ın yeni baş məşqçisi Domenek Torrent bu layihənin ilk fiqurudur.

Qeyd edək ki, Super Liqa klubunun hazırkı prezidenti Burak Elmasdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru